Dənizkənarı Bulvar İdarəsi park ərazisində çəkiliş etməyə icazə verməyib.
"Sherg.az" xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı feysbuk hesabında bu barədə paylaşım edib.
O dənizkənarı bulvar dairəsində məhdudiyyətin tətbiq edilməsindən şikayətlənib:
"Bulvarda mənə müsahibə verməyə imkan verilməyən yerdə İctimai TV və ATV-yə bulvardakı qadağalar haqqında danışdıq. Mühafizə yenə yaxınlaşdı, amma jurnalistlər dirəniş göstərib çəkiliş etdilər.
Bulvar niyə xüsusi olaraq mühafizə edilir, görəsən? Xalq ora istirahət etməyə gəlir, stres yaşamağa yox. Qaydaları dəyişin, lütfən!".