REAKSİYA:“Bu terrorun arxasında dövlətimizə təzyiq...”


 

 “Millət vəkili, əziz Fazil Mustafaya şəfa arzulayıram.Keçmiş olsun!”.
“Sherg.az” xəbər verir ki, bunu öz feysbuk profilində  Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb. Baş yazar qeyd edib:
    “Belə hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir.
Bəzilərinin o dəqiqə emosionallıqdan, yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir.
Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq.
Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək, iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub.
Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq.
Tanrı Dövlətimizi qorusun!”