Biz Azərbaycan ərazilərinin 30 il müddətində hərbi işğal altında olduğu dövrdə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə Fələstinə təşəkkür edirik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə normallaşma istiqamətində çalışır, Ermənistan isə aqressiv ritorikası ilə sülh niyyətlərini təhdid edir.
Ceyhun Bayramovun sözlərinə görə, normallaşmaya alternativ yoxdur və bu, beynəlxalq sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır.
Ermənistanın rəhbərliyi tərəfindən verilən bəyanatların biri-birinə zidd olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, sülh prosesinin prinsipləri və müqavilənin bağlanma şərtlərində Azərbaycan öz qəti mövqeyini açıq şəkildə ortaya qoyur:
"Burada əsasən 5 prinsipdən söhbət gedir. Lakin Ermənistanın verdiyi cavabda, biz onların Azərbaycanın təqdim etdiyi 5 müddəaya əməl etmək istəmədiklərini görürük. Məsələn ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə onlar “Qarabağ məsələsi mütləq həll olunmalıdır” cavabı verirlər. Yəni faktiki olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdan boyun qaçırırlar. Lakin bəyanatlarda biz Azərbaycanın suverenliyini tanıyırıq deyirlər. Digər tərəfdən sual yaranır ki, əgər siz ərazi bütövlüyümüzü tanıyırsızsa niyə torpaqlarımızda olan məsələlərə müdaxilə edirsiz? Hətta dövlət başçısı da qeyd etmişdi ki, Qarabağda 10 minə yaxın erməni yaraqlıları qalıb və onların maliyyələşdirilməsi davam edir. Bilirik ki, Ermənistan tərəfi hər il bölgəyə təxminən 360 milyon civarında büdcə ayırır. Xarici işlər naziri Ceyhun Bayramovun çıxışı isə Ermənistan tərəfinin verdiyi bəyanatlarla, praktiki əməllərinin üst-üstə düşməməsini beynəlxalq aləmə bir daha göstərməyə yönəlib".