Məşhur ekstrasensdən ŞOK açıqlama:“Müharibənin başlamasına çox az...”


"Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq bölgədə gərginlik və müharibələr davam edəcək". Bu sözləri ekstrasens Nadim Əlixanov özünün sosial media hesabında deyib. 
Onun proqnozlarına görə,  seçkilərdə Rəcəb Tayyib Ərdoğan qalib gələcək və CHP-nin namizədi Kamal Kılınçdaroğlu tərəfdarları meydana çıxıb aksiyalar keçirəcək: 

"Seçkilərdə Ərdoğanın qalib gəlmə ehtimalı aşağıdır. Sözsüz ki mən və bütün Azərbaycan xalqı onun qalib gəlməsini arzulayırıq. Amma R.T.Ərdoğan prezident seçilsə belə  kürsüdə onu rahat oturmağa qoymayacaqlar. Amerikanın əli ilə Ərdoğan tərəfdarlarına qarşı çirkin oyunlar gözlənilir. Hətta baş verənlər prezident seçkilərinin ikinci turunu şərtləndirəcək. Hər şey yaxşı olmasını çox istərdim, amma hisslərim deyir ki, qardaş ölkəni çox çətin günlər gözləyir. Təkcə Türkiyədə yox, dünyada vəziyyət gərginləşəcək. 3-cü dünya müharibəsinin başlamasına çox az qalıb.  Seçkilərin nəticəsindən asılı olmayaraq Rusiya müsəlman dünyasını öz ətrafına yığaraq Amerika və Avropaya qarşı açıq savaşa başlayacaq".
Qeyd edək ki, sabah  Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 3 namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan,  “Millət İttifaqı”nın namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparacaqlar.