Dəhşətli istilər gəlir, dünya meteoroloqları xəbərdarlıq edir


Qarşıdakı 5 il və bu 5 il içindəki 1 il ən isti dövr olacaq

Dünya Meteorologiya Təşkilatı yer kürəsində temperaturun rekort həddə çatacağı barədə xəbərdarlıq edib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki,  WMO – Dünya Meteorologiya Təşkilatı iyul ayının ilk həftəsində qızmar istilərin üst-üstə rekord səviyyədə qeydə alındı, dəhşətli istilər bir çox ölkəni təsiri altına aldı. 

Təşkilat xəbərdarlıq edərək bildirir ki, dünya miqyasında temperaturların yeni, daha güclü dalğası gəlir. Şübhəsiz ki, bu, havanın temperaturun daha da yüksəlməsinə, istilərin rekord həddə çatacağına səbəb olacaq. Tədqiqatçılar bunun səbəbini açıqlayıb. Alimlər qeyd edir ki, iqlimin hədsiz isinməsi sakit okeanda cərəyan edən El Nino axını ilə qlobal istiləşmənin birləşməsindən qaynaqlanır. Gündəlik temperatur normasının həddindən artıq yüksəlməsi bu birləşmə səbəbindən baş verir. El Nino əlamətləri iyul ayının əvvəllərindən özünü göstərməyə başlayıb. WMO ən isti həftənin yaşandığını, temperaturların El Nino ili hesab edilən 2016-cı illə müqayisədə 0,3 dərəcə artdığını qeydə alıb. Təkcə havadakı temperatur yüksəlməyib, eyni zamanda dəniz səthinin temperaturu da artıb. İlin bütün aylarında ötənilki temperaturlar üstələnib. 


 
May, iyun ayları da ötən illərdəkindən isti keçib. Şimali Atlantik dənizində də temperaturlar artıb. Buzlaqların əriməsi məhz bunun nəticəsidir. WMO Bölgələr üzrə İqlim Proqnozları Servisi başqanı Wilfran Moufouma-Okia bildirib ki, 2023-cü ilin bütünlüklə temperaturların yüksəldiyi il olacağı proqnozlaşdırılır. 



Hətta payız-qış ayları da ötən illərlə müqayisədə isti keçəcək, aylıq normalar aşılacaq: “isti bir il yaşayacağımız dəqiqdir”. Moufouma-Okia Şimali Atlantikadakı temperature yüksəkliyindən narahatlıq keçirdiklərini də söyləyib və burasa ciddi araşdırmaya ehtiyac olduğunu deyib. Alim Avropa, ABŞ, Asiyanın bəzi bölgələrində və Ərəb yarımadasında temperaturların daha da yüksələcəyinin böyük ehtimal daşıdığını vurğulayıb: “Qarşıdakı 5 il və bu 5 il içindəki 1 il ən isti dövr olacaq. Havanın hərarəti sənaye inqilablarından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcəni aşacaq. Bu, qızmar, dəhşətli istilər deməkdir”.