İsveç polisi “Quran”ın yandırılması aksiyayasına yenidən icazə verib.
Məlumata görə, aksiya bu gün Stokholmda baş tutacaq.
Adı açıqlanmayan qadın aksiyanı təşkil etməkdə məqsədinin Quranın bir çox insanın həyatına son qoyması olduğunu bildirib.
“Ümid edirəm ki, bütün dünya bu sözləri eşidəcək, çünki dinin siyasət olduğunu qəbul etmək vacibdir. Din yaratmaq bir biznesdir”, - deyə o deyib.
Eyni zamanda, o, özünü heç bir dinə aid etmək istəmədiyini, guya “İncil”in on qaydasına əməl etdiyini əlavə edib.
Hadisəni "Sherg.az"a şərh edən millət vəkili Asim Mollazadə söyləyib ki, bu addım ölkədə mövcud olan anti-islamizm və başqa dinlərə olan nifrətin təzahürüdür:
"Əslində çox təhlükəli siqnallardır. Yəni terroru dəstəkləyən qüvvələr, bu formada İsveçin NATO-ya qəbulunun əleyhinə hansısa kəşfiyyat orqanları ilə birlikdə plan hazırlayır. Ümumiyyətlə bu məsələlərə çox ciddi diqqət olunmalıdır. O cümlədən bütün beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmalı və insanlığa qarşı cinayətlərə bərabər tutulmalıdır. Çünki bu aksiyalar milyardlarla insanı təhqir etmək mənasına gəlir".
Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində “Quran”ın yandırılması aksiyasına da icazə vermişdi