İsraillə HƏMAS arasında müharibənin qızışacağı təqdirdə ABŞ-nin ən pis ssenariyə hazırlaşdığı qeyd edilib. "Vashington Post" qəzetinə danışan rəsmilər bu ssenarinin təfərrüatlarını paylaşıblar.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail və Qəzza arasında davam edən müharibə bütün xaosu ilə davam edir. Ölkənin cənubundan hücuma keçən HƏMAS-ı dəf edən İsrail indi şimalda İranın dəstəklədiyi “Hizbullah” təhlükəsi ilə üz-üzədir. Qəzza, Livan, Suriya, İraq və Yəməndə vaxtilə ayrı-ayrılıqda döyüşən silahlı qruplar indi İrana görə özlərini eyni komandada görürlər.
Bu istiqamətdə mövzu ilə bağlı ətraflı xəbər dərc edən ABŞ mərkəzli "Vashington Post" qəzeti, Bayden rəhbərliyinin bölgədə mümkün olan ən pis ssenariyə hazırlaşdığını bildirib. Buna görə də Qəzzadakı hadisələrin nəzarətdən çıxacağı təqdirdə Vaşinqton Yaxın Şərq üçün təxliyə planı hazırlayıb.
Adının açıqlanmasını istəməyən rəsmilər ABŞ-nin xüsusilə İsrail və Livan üçün ən pisə hazırlaşdığını qeyd ediblər. ABŞ Dövlət Departamentinin məlumatına görə, HƏMAS hücuma başladığı vaxt İsraildə 600 min, Livanda isə 86 minə yaxın amerikalı var idi.
Rəsmilər ABŞ Hava və Dəniz Qüvvələrinin bu səbəbdən bölgəyə getdiyini xatırladıb və təhlükəni “Çətin” olaraq xarakterizə ediblər. Brookings İnstitutunun xarici siyasət direktoru Suzanne Maloney, "İsraildə yalnız 600 min amerikalı var. Onları nəinki evakuasiya etmək, hətta bu barədə düşünmək də problemlidir.
ABŞ ötən bazar günü Yaxın Şərqə THAAD raketləri göndərib. Qısa və orta mənzilli ballistik raketləri vura bilən bu sistemdə "Vur və Öldür" texnologiyasından da istifadə edilir. Pentaqonun sözçüsü general Patrick Ryder mətbuata verdiyi açıqlamada Yaxın Şərqdə gərginliyin artacağına işarə edərək, "Geniş miqyasda gərginlik ola bilər" deyib.
ABŞ-ın Yaxın Şərqdə İran dəstəkli milis qüvvələrinin hücumuna məruz qaldığını bildirən qəzet, təxminən 3400 əsgərin müdafiəsiz vəziyyətdə olduğunu qeyd edib.
Digər tərəfdən, 7 oktyabrda başlayan müharibədən sonra rəsmi mənbələr tərəfindən hələ də heç bir amerikalının öldüyü qeydə alınmayıb. Keçən həftə bir ABŞ podratçısı İraqda hava hücumundan qaçırdı. Bu arada infarkt keçirən, lakin adı açıqlanmayan şəxs dünyasını dəyişib.