Dünən İstanbul Universiteti , Türkiyat Araşdırmaları İnstitutu və İstanbul Hüseyn Cavid adına məktəbin birgə birgə təşkil etdiyi "Beynəlxalq türk xalqlarının mühacirət ədəbiyyatı" simpoziumu kecirilib.
Sherg.az xəbər verir ki, Simpozium Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. İstanbul Universitetini rektoru professor Osman Bülənt Zülfikar müxtəlif ölkələrdən simpoziuma qatılan alimləri salamlayıb və köc , mühacir probleminin tarixən bütün türk xalqlarının taleyində açı bir rol oynadığını və ədəbiyyatda əksini tapdığını deyib.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə köc edən İstanbul universitetinin professoru, Türkiyyat Araşdırmaları İnstitunun qurucusu Əhməd Cəfəroğlunun qızı professor Nazan Ölçer simpoziumun kecirilməsindən məmnunluğunu ifadə edib və atasının həyatının son anlarında başı üzəringə üc rəngli Azərbaycan bayrağı olduğunu kövrək notlarla səsləndirib. İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid məktəbinin direktoru Şərqiyyə Məmmədova Azərbaycan mühacirlərinin yaşadıqları bətən həsrətini, ağrıları - acıların ədəbiyyatda əks olunmasından danışıb. Hüseyn Cavidin , Almaz Yıldırımın , Əhməd Cavadın yaradıçılığında ayrılıq yanğısının poetik əksindən sohbət acıb.
Millət vəkili , professor Rəfael Hüseynov türk xalqlarının zaman - zaman amansız təzyiqlərə ,təqiblərə məruz qaldığını , köckün və mühacir həyatı yaşadıqlarını xatırladıb.
Simpozium panellərdə alimlərin iştirakı ilə bu gün də davam etdirilib.