“Biz Qarabağı tamamilə itirmişik, hakimiyyətə gələn hər kəs bu acı həqiqəti etiraf etməlidir”.
Bu sözləri Ermənistanın Şirak yeparxiyasının rəhbəri Mikael Adjapayan deyib.
“Reallıq budur ki, biz təslim olduq. Hakimiyyətə gələcək hər kəs bu ağrılı həqiqəti deməlidir. Əks halda gələnlər Qarabağı geri alacaqlarını deyərək saxtakarlıq edirlər. Subyektiv olaraq bu, hazırda mümkün deyil. Hətta demək olar ki, bu gün İrəvanı qoruyub saxlamaq problemimiz var. İndi hər kəs müharibə sözündən qorxur. Amma biz hələ də müharibədəyik, adam itirmirik, lakin torpaqlarımızı bir-bir itiririk”, – Adjapayan bildirib.
Adjapayanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, erməni toplumu mifik, uydurma xəyallarla yaşayan cəmiyyətdir:
"Bu toplumun düşüncə tərzi onilliklər boyu başqalarının torpaqlarını mənimsəmək istiqamətində zəhərlənib. Eyni zamanda erməni cəmiyyətində həmin düşüncə nəsildən-nəsilə ötürülüb. Hazırda erməni düşüncəsinə görə mifik Ermənistan anlayışı mövcuddur. Onların fikirləri görə, guya dünyanın yarısı Ermənistana aiddir. Bu yalanları isə "faktlarla" təsdiqləməyə çalışırlar. Xüsusilə də erməni diasporu bu istiqamətdə bütün dünyada fəaliyyət göstərir. Hazırda erməni diasporu bütövlükdə Azərbaycan və Türkiyəyə qarşı mübarizəyə köklənib. Ermənistanda yaşayan ermənilərin mifik düşüncələrdən əl çəkməsi üçün ilk növbədə diasporanın absurd iddialardan imtina etməsi lazımdır. Erməni diasporasının Ermənistanın siyasi elitasına təsirləri bu məsələdə xüsusi rol oynayır. Ona görə də Ermənistanda hakimiyyətə gələn istənilən siyasi qüvvə Qarabağ və böyük Ermənistan mövzusu ətrafında həmişə manipulyasiya etməyə meyilli olacaq. Çox güman ki, həmin iddiaları əsas təbliğat prioritetinə çevirəcək".
Ekspert edib ki, yaxın zamanda Ermənistanda reallıqların qəbul edilməsi inandırıcı deyil:
"Böyük ehtimalla erməni toplumunun mövcud reallıqları qəbul etməsi üçün zaman lazım olacaq. Ermənistanda mövcud reallıqları anlayan çox az qisim var və həmin şəxslər bu istiqamətdə müəyyən açıqlamalar verir. Ermənistan artıq anlamalıdır ki, siyasət praqmatizmə əsaslanmalıdır. Qeyri-real iddiaların həyata keçirilməsi uğrunda mübarizə Ermənistana heç nə qazandıra bilməz. Əksinə olaraq bu Ermənistanın gələcək inkişafını böyük risq altında qoya bilər. Amma Ermənistanda hələ də uydurma fikirlər davam edəcək və erməni diasporu bu iddialar ətrafında dünyada yaşayan ermənilərdən pul toplayacaq. Həmin pulun hesabına da rüşvətxor Qərb siyasətçilərinə təsir edəcəklər".