“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub


Fevralın 22-də Qərbi Azərbaycan İcmasında (QAİ) filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduğu “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub. 



 
Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib. 



  
Təqdimat zamanı Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərli , filologiya elmləri doktoru Almaz Ulvi, tarix üzrə fəlsəfə doktorları Akif Aşırlı və Cəbi Bəhramov, professor İbrahim Bayramov, millət vəkili Məlahət Həsənova, yazıçı-jurnalist Sayyad Ağbabalı, ictimai xadim Əvəz Ələkbərli kitab haqqında xoş fikirlərini bildirdilər. Cəlal Allahverdiyev onun kitabına verilən dəyərə görə hər kəsə öz minnətdarlığını bildirdi. Sonda fotolar çəkildi.