Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy açıqlanıb

Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Nəşrin bildirdiyinə görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.

O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.

Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün səbəbinin təbii olduğu bildirilir.