Zelenski: Rusiyanı sürprizlər gözləyir

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi 2024-cü ildə təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır.
O, bu barədə təmas xəttinin yaxınlığında “FoxNews”a verdiyi müsahibəsində bildirib.
Builki hədəflərə toxunan Zelenski qeyd edib ki, Rusiya kimi bir ölkə ilə qarşıdurmada hətta müdafiə də böyük çağırışdır.

“Müdafiə bir nömrəli vəzifədir”, - Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Qara dənizdə uğurlu əməliyyatlarını davam etdirəcək: “Mən təfərrüata varmayacağam, amma onları, Rusiyanı sürprizlər gözləyir”.