Rusiya sərhədçiləri Zvardnots hava limanını tərk etməlidir.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalı, oranı tərk etməlidirlər. Çünki ölkəmizin sərhədlərini biz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”, - deyə parlament rəhbəri bildirib.