Rövnəq Abdullayevin bu vəzifəsini heç kim istəmir

AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur.
Bu barədə Report-a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb.

Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.