“Krokus Siti Holl”da törədilən terror aktından zərərçəkənlərin sayı artaraq 361 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Baza" bildirib.
"Mənbələrimizin məlumatına görə, zərərçəkənlərin sayının kəskin şəkildə artması insanların kütləvi şəkildə psixoloji yardım üçün müraciət etməyə başlaması ilə izah olunur. Bəzi hallarda pasiyentlər də zərərçəkmiş sayılırlar", - deyə "Baza" bildirib.
Onların əksəriyyəti yuxusuzluq, narahatlıqdan və psixoloji travmadan şikayətlənir.
Qeyd edək ki, xilasedicilər "Krokus"da işi davam etdirirlər. Qeyd olunur ki, ötən gecə hadisə yerindən avtomat maqazini tapılıb.