Rusiya sərhədçilərinin Ermənistan paytaxtındakı “Zvartnots” aeroportundan çıxarılması məsələsi artıq həll olunub.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Spiker qeyd edib ki, İrəvan və Kreml bu məsələni müzakirə etmir, hərbçilər avqustun 1-nə kimi aeroportu tərk edəcəklər.
Simonyan həmçinin bildirib ki, İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması mövzusunu da müzakirə etmirlər və əlavə edib ki, ölkəsi hazırda Avropa İttifaqına daxil olmaq üçün müraciət məsələsini nəzərdən keçirmir.