"Freedom House" xalqlar 2024 keçid ilində" adlı hesabat hazırlayıb".
Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Elspert bildirib ki, hesabatda ermənilərin Qarabağdan guya məcburi köç etmələri, Azərbaycanın hərbi əməliyyatlarına və Ermənistanı daim "təhdid" edilməsinə toxunulub:
"Qeyd edilib ki, Ermənistanın Cənubi Qafqazda demokratikləşmə səylərinə maneələr var. Paşinyan hökumətinə həm daxildən, həm də xaricdən təhdidlər gəlməkdədir - "Hökumət öz ərazisini müdafiə etməklə yanaşı, həm də öz humanitar ehtiyaclarını ödəməyə çalışır, daxili tənqidlər fonunda hakimiyyəti gücləndirir və 2018-ci ildə ölkədə inqilaba səbəb olan daha yaxşı idarəçilik tələblərinə cavab verir". Təşkilat qeyd edib ki, ABŞ və ya Aİ tərəfindən heç bir etibarlı maneə olmadıqca, Qafqazda təcavüzün artması üçün aydın potensial var. Moskva regionda təhlükəsizliyin təminatçısı rolundan praktiki olaraq imtina edib. Ermənistanı demokratik dünyada yeni ittifaqlar axtarışı istiqamətində hərəkət etməyə məcbur edib. Beləcə biz bir daha eyni mərkəz və mərkəzlərdən idarə olunan strukturlar tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanıldığını görürük. Bəs niyə "Freedom house" onlarla azərbaycanlının minalanmış ərazilərdə həlak olması və yaralanması halını hesabata daxil etməyib. Niyə qeyd edilməyib ki, 30 il ərzində dağıdılan Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycan hökumətinin daxili resursları hesabına təmir - tikinti, abadlaşdırma işləri aparmasına toxunmayıb? Əslində onlara veriləcək suallarımız yoxdur. Hər şey aydındır".