Rusiya yeni "Ukrayna dövləti" yaradacaq -ŞOK PROQNOZ

"Rusiya Ukraynanın şərqini tam ələ keçirsə, yeni "Ukrayna dövləti" yaradacaq".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Ukraynanın iki yerə bölünmək təhlükəsi var: 
"Rusiya Şərqdə Donbas və Luqanskı ləğv edib, yeni "Ukrayna dövləti" elan edə bilər. Qərbdə bəzi liderlər Ukraynada təhlükəsizlik buferi yaratmaq üçün Ukraynanın iki yerə bölünməsində maraqlıdır. Hesab edirlər ki, Rusiya bununla dayanacaq. Amma Rusiya bununla kifayətlənməyəcək. Baltikyanı ölkələr və Polşayada əl atacaq. Sonrakı proseslərdə hədəf Mərkəzi Asiya ölkələri olacaq. ABŞ-də seçkilər, Almaniya və Fransa arasında geosiyasi maraqların toqquşması Ukraynanın Rusiya qarşısında məğlub ola bilər".

Analitikin fikrincə, Qərb Ukraynaya elə silahlar verir ki, sadəcə müdafiə olunsun: 
"Görünür, Qərb liderləri Ukraynanın parçalanmasında maraqlı görünür. ABŞ-də Donald Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımlar tam dayana bilər. Ukrayna məsələsi Avropanın öhdəliyinə buraxılar. Avropa liderləri Ukraynanın iki yerə bölünməsinə gedər. Əsas odur ki, Rusiya Qərbi Avropaya toxunmasın. ABŞ Ukraynada geri çəkilərsə, beynəlxalq fövqəl dövlət nüfuzunu itirəcək".