Moskva İran-İsrail münaqişəsi ilə bağlı bəyanatında tərəfləri səbrli olmağa çağırıb.
Sherg.az xəbər verir ki, Gərginliyin daha da artmasının heç kimin marağında olmadığını bildirən Kremlin sözçüsü Dmitri Peskov, "Moskva bütün mübahisələrin diplomatik yollarla həll edilməli olduğuna inanır" deyib.
Ötən gün İran İsrailin aprelin 1-də İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin ölümünə səbəb olan Suriyadakı səfirliyinə hücumuna cavab verib.
İsrailə hava hücumu həyata keçirən İran Tel-Əviv hökumətinin bundan sonra atacağı hər hansı addımın daha sərt cavabla qarşılanacağını bildirib.