Sinif divarlarında və dərsliklərin ilk səhifələrində olan Atatürkün tarixi portreti qorunmaq üçün Milli Təhsil Nazirliyinin (MEB) inventarına salınıb.
Sherg.az xəbər verir ki, portretin 19 May Atatürkü Anma, Gənclik və İdman Günündə sərgilənməsi planlaşdırılır.
Nazirlikdən verilən yazılı açıqlamaya görə, tarixi portret rəssam Şeref Sonel tərəfindən Atatürkün fotoşəkili əsasında akvarel boyama texnikasından istifadə edilərək çəkilib. O vaxtdan bəri məktəblərin sinif divarlarında, dərsliklərin ilk səhifələrində olan, təhsil ictimaiyyəti üçün xüsusi dəyəri olan Atatürkün tarixi portreti nazirlikdə qorunub saxlanılır. Rəsmin arxasındakı “Atatürk Portret Hesabatı” adlı imzalı sənəd də bu əsərin dəyərini ortaya qoyur.