Mütəxəssislərdən xəbərdarlıq: Günəşdə partlayış 2025-ci ildə daha təsirli olacaq

Ekspertlər daha güclü partlayışların 2025-ci ilə qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Sherg.az xəbər verir ki, Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi son 7 ilin ən böyük günəş partlayışının ötən həftə baş verdiyini bildirib.

Günəşin partlaması nəticəsində yaranan geomaqnit qasırğası həm də peyklər və kosmosdakı insanlar üçün Yerdəki radio dalğalarına müdaxilə kimi potensial problemlər yaradıb.

Bununla belə, mütəxəssislər Günəşin hələ də “günəş maksimumuna”, yəni 11 illik günəş dövrünün ən enerjili nöqtəsinə çatmadığını bildiriblər.

Alimlər xəbərdarlıq ediblər ki, Günəş hələ maksimum gücünə çatmayıb və bir-iki il ərzində xeyli güclənərək Yerə təsir edəcək.


Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozları Mərkəzi keçən həftə X hesabında bir yazıda cari günəş partlayışı dövrünün ən böyük partlayışının baş verdiyini bildirdi.

Açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu, X sinfi olaraq xarakterizə edilən güclü partlayış səbəbiylə bəzi radio ötürücülər və buna bənzər texniki vasitələrin təsirlənə biləcəyi ifadə edildi.

Günəş alovları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər miqyaslanır.