Beynəlxalq sayt Bafra pidesini dünyanın ən yaxşı çörəyi seçib.
Sherg.az xəbər verir ki, dad tənqidçilərinin rəylərini və qida araşdırmalarını bir araya gətirən məşhur vebsayt dünyanın ən yaxşı çörəklərini sıralayıb.
Sayt müxtəlif kateqoriyalar üzrə ən yaxşı yeməkləri müəyyən edərək dünyanın hər yerindən yeməkləri sıralamaq və paylaşmaq üçün məşhur platformadır.
Son qiymətləndirmələrində dünyanın ən yaxşı çörəkləri kateqoriyasında Türkiyədən iki ləzzət önə çəkildi.
Siyahının başında Bafra pide, ikinci yerdə Samsun pidesi qərarlaşıb.
Hər iki pide vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.