Ermənistan KTMT-dən İrəvana müdaxiləsini istəyə bilər -PROQNOZ

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasına qatılmayıb.
Bu barədə KTMT məlumat yayıb.
Alyansdan bildirilib ki, İrəvan görüşün məhdud tərkibdə keçməsinə etiraz etməyib.

Rəsmi İrəvanın Moskvaya qarşı növbəti riyakar addımını “Sherg.az” şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov söyləyib ki, Ermənistanın KTMT iclasını baykot etməsi normaldır: 

“Bir müddət öncə KTMT-də üzvlük ödənişi məsələsi gündəmə gətirildi. Belə olduqda Astanada baş tutan konfransa Ermənistanın qatılmaması təbii haldır. Ermənistanda qarışıqlıq hökm sürür. Bunu isə Nikol Paşinyan xarici diasporanın müdaxiləsi kimi qiymətləndirir. Baqratın baş nazir olma arzusu ölkədə çevriliş cəhdinin olması mənasına gəlir. Eynilə Qazaxıstanda KTMT-nin iclası keçiriləndə də vaxtilə Qasım-Comərd Tokayevə qarşı olan fəaliyyətlər xarici müdaxilə kimi dəyərləndirildi. Tokayev isə Moskvadan KTMT-nin müdaxilə etməsini istədi və KTMT ordusu Qazaxıstana gəldi. Eyni zamanda, Belarusiyada Prezident seçkilərindən sonra Aleksandr Lukaşenko KTMT-yə çevriliş cəhdini xarici müdaxilə kimi qeyd edərək müdaxilə etməsini istədi. Bütün bunlar göstərir ki, Astanada iclasa qatılmaqdan imtina edən Ermənistan KTMT-dən İrəvana müdaxiləsini istəyə bilər. Belə bir vəziyyətdə isə KTMT-nin Ermənistanın köməyinə gəlib-gəlməməsi sual doğurur. Ona görə də Paşinyanın vəziyyəti hazırda yaxşı deyil. Amma Ermənistan Azərbaycanla sülh prosesini davam etdirmək yönündədir. Arzu edək ki, Paşinyanın KTMT-də iştirak edib-etməməsi sülh yönündə atdığı addımlara mane törətmiyəcək”.

Qeyd edək ki, hazırkı görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.