Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir
Bakı-Ankara xətti Londonun da ürəyincədir - RƏY
15:36 01.06.2024
Siyasət
424
Türkiyə Cənubi Qafqazda söz sahibidir
Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir

Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir
"Türkiyənin regionda genişlənən təmsilçiliyi təhdidlərə qarşı yüksələn profil kimi əhəmiyyət qazanır. Bu mənada Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi dərin geosiyasi əhəmiyyət kəsb edərək qlobal təhdidlərin Cənubi Qafqazdakı təzahürlərinə qarşı müştərək müdafiə immunitetini formalaşdırır". Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Türkiyənin Cənubi Qafqazdakı iştirakı, Bakı-Ankara münasibətləri fonunda getdikcə daha dərin özüllərə baş vurur:
"Beləcə, Türkiyə Azərbaycanla strateji əlaqələr fonunda regiona nəzarət yaratmaq məqsədlərini özünün xarici siyasətində aliləşən ideala çevirir. Ümumilikdə Türkiyənin regiondakı faktiki və səhnə arxasındakı təmsilçilik hüququ Ankara ilə Qərb arasında fikir ayrılıqları mövcud olsa da, NATO-nun genişlənməsinə töhfə verir. Qərbin maraq göstərdiyi Gürcüstanı Rusiya təhdidlərindən qoruyur. Ankaranın bu hərəkətinə Azərbaycan da dəstək göstərir. NATO-Rusiya-Çin qarşıdurmasının Qafqazdakı rəqabətini neytrallaşdıraraq geniş manevr sahəsi qazanır. Rusiya ilə tərəfdaşlıq qismində şimaldan “əsən küləkləri” xəfiflədir. İranın regional ambisiyalarını zəiflədən dəyər qazanır. Türkiyə regionda tək deyil, pərdə arxasında onun prioritetlərinə dəstək verən ölkələrdən biri Böyük Britaniyadır. Vaxtı ilə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür” mövqeyini ifadə etməsi həmin fikri gücləndirəcək arqument kimi istifadə edilə bilər".
Analitik vurğulayıb ki, Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir: "Bu məntiqlə Bakı-Ankara xətti Londonun ürəyincədir. Qafqaz səhmlərində aktivlərini çoxaldan Türkiyə regionda böyük güclər arasında balanslaşdırıcı və çəkindirici akt kimi vacibdir. Azərbaycan prosesləri, nəticələri Türkiyə ilə strateji məsləhətləşmələrlə təhlil edərək, regionda yaranan reallıqları nəzərə alaraq Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etmək çağırışını sürətlə icra etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya