AK rəsmisi: Azərbaycandan Avropaya nəql edilən qazın artırılması istiqamətində işlər davam etdirilir

Avropa İttifaqı hazırda çox ciddi enerji böhranı yaşayır.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero deyib.

Onun sözlərinə görə, enerji böhranı Rusiya-Ukrayna münaqişəsi fonunda yer alıb. Bunu nəzərə alaraq, qaz təchizatı istiqamətlərini şaxələndirmək çox vacibdir.

Kristina Lobillo Borreronun qeyd etdi ki, qaz tədarükü məsələsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Hazırda Azərbaycandan Avropaya nəql edilən qazın artırılması istiqamətində işlər davam etdirilir.

Kristina Lobillo Borrero onu da əlavə etdi ki, qaz tədarükü ilə yanaşı Avropa İttifaqı Azərbaycan ilə enerji keçidi məsələsində də əməkdaşlıq edir.