Alimlər açıqladı: Qlobal istiləşmənin həlli almaz tozundadır!

Alimlər dünyanın ən böyük problemlərindən biri olan qlobal istiləşməyə çarə tapa bilər. Yeni araşdırmaya görə, tratosferə səpilən almaz tozu günəş işığını əks etdirərək Yerin temperaturunu azalda bilər.

Sherg.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, atmosferin stratosfer təbəqəsinə hər il 5 milyon ton almaz tozu səpməklə Yerin temperaturunu 1,6 dərəcə aşağı sala və qlobal istiləşmənin təsirlərini azaltmaq olar.

Science.org xəbər verir ki, tədqiqatçılar keçmişdə vulkanik tüstü və hissəciklərin atmosferi əhatə etdiyini və Yerin soyumasına səbəb olduğunu nəzərə alaraq stratosferə səpiləcək almaz tozunun günəş şüalarını əks etdirərək temperaturu azalda biləcəyini düşünürlər.
Qlobal istiləşmə ilə mübarizə aparmaq üçün tədqiqat aparan elm adamları okeanlarda lövbər salmaq və kosmosa güzgülər atmaq kimi “geomühəndislik” yolu ilə planeti soyutmaq üçün mübahisəli və hətta fantastik təkliflər irəli sürüblər.

Bu təkliflərdən biri günəşin təsirini azaltmaq üçün vulkanik qışa bənzər soyutma effekti yaratmaq üçün stratosferə aerozolların səpilməsini tələb edən “stratosferik aerozol inyeksiyası” kimi tanınan günəş geomühəndisliyi üsuludur.

Tarix boyu vulkan püskürmələri nəticəsində milyonlarla ton kükürd qazı stratosferə atılmış, sulfat aerozolları su buxarı və digər qazlarla reaksiya verərək günəş işığını kosmosa geri qaytararaq vulkanik qışlar yaratmışdır. 1991-ci ildə Filippinin Luzon adasındakı Pinatubo dağının sonuncu püskürməsi Yerin bir neçə il ərzində 0,5 dərəcə soyumasına səbəb olub.

Bu fenomenə əsaslanaraq elm adamları atmosferə sulfat aerozollarının səpilməsini nəzərdən keçirdilər, lakin müəyyən edilmişdir ki, süni kükürd inyeksiyaları sonradan sulfat turşusu yağışına səbəb ola bilər, ozon təbəqəsini məhv edə bilər, atmosferin aşağı hissələrində hava və iqlim sxemlərini poza bilər.
İsveçrədəki ETH Sürix Universitetində iqlim üzrə alim və doktoranturadan sonrakı tədqiqatçı Sandro Vattioni və onun komandası kükürd dioksidinə alternativ ola biləcək digər maddələri araşdırdı.

Komanda atmosferdə daha uzun müddət qala bilən, bir yerə yığılmayan və istiliyi tutmayan və daimi soyutma effekti üçün şüaları əks etdirə bilən digər sferik hissəcikləri tapmağa çalışıb.

Bu məqsədlə aerozolların kimyasını, atmosferdə necə hərəkət etdiyini və istiliyə cavab olaraq necə davrandıqlarını özündə əks etdirən “3D iqlim modeli” yaradılıb.

Kükürd dioksiddən başqa əhəngdaşı, almaz və alüminiumun əsas tərkib hissəsi olan kalsitdən ibarət 7 birləşmə üzərində təcrübələr aparılmışdır.

Hər bir birləşmənin təsiri 45 il ərzində qiymətləndirilib, hər sınaq superkompüterdə real vaxt rejimində bir həftə ərzində aparılıb.

Nəticələr göstərdi ki, almaz hissəcikləri radiasiyanı ən yaxşı əks etdirməklə yanaşı, havada toplaşmadan daha uzun müddət qaldı.

Almazın kükürd kimi turşu yağışına səbəb ola biləcək reaksiyalara məruz qalmayan bir komponent olduğu düşünüldüyü üçün ona üstünlük verilə biləcəyi də qeyd edilib.

Vattioni, daimi təsir üçün hər il stratosferə 5 milyon ton almaz tozunun atılmasının lazım olduğunu və bunun planeti 1,6 dərəcə soyuda biləcəyini ifadə etdi.

Kükürdün bəzi dalğa uzunluqlarında işığı udaraq istiliyi tutma meylinə görə ikinci ən pis variant olduğunu ifadə edən Vattioni, bunun El Nino kimi bir təsir yaradaraq iqlim modellərini poza biləcəyini qeyd etdi.

Digər tərəfdən, bəzi elm adamları 2100-ə qədər hər il atmosferə almaz tozunun səpilməsinin təxminən 200 trilyon dollar tələb edəcəyini nəzərə alsaq, kükürd variantının daha səmərəli olacağını düşünürlər.