30 ay müalicə aldı: Nəhayət üzündəki maskanı çıxardı, acılarını paylaşdı
Yusif Nəzərli
23:20 06.06.2022
Aktual
552
2 ildir maska ilə gəzən, üzünü kimsəyə göstərməyən 26 yaşlı Stefaniya Brovit nəhayət maskasını çıxarıb. Gənc qızı görənlər təəccübləniblər. Stefaniyanın üzündə hələ də yanıq izləri qalır. Gənc qız 2 il əvvəl həyatının faciəsini yaşayıb. Ailəsiylə birlikdə Yeni Zelandiyaya səyahətə gedən Stefaniya “Bəyaz Ada” vulkanik bölgəsinə düzənlənən gəzintiyə qatılıb.
Anası Mariya gəmidə qalıb, qızları və həyat yoldaşı isə tura qatılıb. Gəzinti zamanı isə faciə baş verib. Vulkanik bölgədə güclü partlama meydana gəlib. Bunu fərq edən tur rəhbəri “qaçın”, deyə bağırsa da, səyahətçilər canlarını qurtara bilməyib. Güclü partlama səbəbiylə yüksələn alov dilləri saniyələr içində ətrafı sarıb. Həmin vaxt bölgədə olan, lakin tura qatılmayan ailə üzvləri dəhşət içində doğmalarını, yaxınlarını axtarmağa başlayıb, kimin sağ, kimin ölmüş olmasını müəyyənləşdirmək xeyli vaxt aparıb. Partlama anında bölgədə 50 nəfərin olduğu deyilirdi. Olayın dəhşəti Avstraliyada, Yeni Zelandiyada şok effekti yaradıb. İlk məlumatlar 5 nəfərin öldüyünə dair olub. Daha sonra məlumatlar dəqiqləşəndə 22 nəfərin öldüyü, 25 nəfərin də ağır yaralandığı aydınlaşıb. Ağır yaralanan, qorxunc yanıqlar alanlardan biri də Stefaniya olub. Qızın bədəninin 70 faizi yanıbmış. Stefaniya “həmin vaxt sağ qalacağımı düşünə bilmədim.
Öləcəyimi düşündüm” deyib. Bədənində güclü yanıqlar əmələ gəlmiş Stefaniya bir neçə saat adada qalıb, onu Avstraliyadakı xəstəxanaya çatdıracaq təyyarəni gözləməli olub. Stefaniyanın bacısı Kristal partlama nəticəsində vəfat edib, cəsədi bir neçə gün sonra tapılıb.
Atası Paul isə aldığı yanıqlarla bir ay mücadilə etdikdən sonra xəstəxanada vəfat edib. Stefaniya özü isə 22 ay komada qalıb. Barmaqları amputasiya olunub. Lakin müalicəsi yenə davam edib. Komadan ayıldıqdan sonra qızın üzündəki yanmış dərisi plastik əməliyyatla yenilənib.
Bu günlərdə “60 dəqiqə” proqramının qonağı olan Stefaniya həmin dəhşətli günü xatırlayıb və 2 ildən sonra ilk dəfə üzündəki maskanı çıxarıb. Maskasını çıxaran Stefaniya “bu an güzgüdə həyatdakı gözləntilərindən daha artığını yaşamış bir qadın görürəm”, söyləyib. Və əlavə edib:
”Düşündüyümdən də artıq güclüyəm. Həyatda qalmaq mücadiləsinin gerçəkliyini öyrəndim. Həyatda qalmaq, özümə dönmək üçün hər gün savaşırdım. Belə bir gücə sahib olduğumu təxmin etməmişdim”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq