30 il yetmədi?
30 il yetmədi?
Yusif Nəzərli
03:34 14.12.2022
Aktual
476
Azərbaycanın sərvətlərinin talanmasına son qoyulmalıdır
"Təbii sərvətlərimizin ermənilər tərəfindən talanması narahatedicidir. Biz yenə də ikili standartların nəticəsini görürük". Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanın təbii sərvətlərinin ermənilər və onların havadarları tərəfindən talanması bizi narahat edir:
"Azərbaycan ictimaiyyətinin tələbi odur ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarına son qoyulsun. Ermənilərin ərazilərimizdə ekosistemi məhv etməsi, yeraltı sərvətlərimizi talamaqları üçün 30 il yetmədi? Necə olur ki, xarici ölkə vətəndaşları bu ərazilərə sərbəst girə bilir, amma Azərbaycan vətəndaşlarına qadağa qoyulur?”. Fatma Yıldırım Ermənistanın ekoloji terroruna etiraz əlaməti olaraq Milli Məclisin deputatlarının bəyanat verməsini təklif edib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da deyib ki, Rusiya sülhməramlıları mandatlarından sui-istifadə edirlər:
"Azərbaycan heç bir qüvvəyə imkan verməyəcək ki, müstəqilliyimizə, ərazi bütövlüyümüzə zərbə vursun. Rusiya sülhməramlılarının bir qrup ictimai fəal və ekoloqun qarşısını kəsdiyi yolu məhz Azərbaycan dövləti inşa edib". S.Qurbanov qeyd edib ki, mandatlarından sui-istifadə edən Rusiya sülhməramlıları ekoloqların və bir qrup ictimai fəalın qarşısını kəsiblər. Bu, heç bir hüquqa sığmır: "Dövlətimiz bundan sonra ərazilərimizdə ekoloji tarazlığın pozulmasına imkan verməyəcək. Azərbaycan Zəfərindən sonra erməni vəhşilərinin məhv etdikləri əraziləri yenidən qurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya