
Yerli icra hakimiyyətləri arxivə qovuşacaq - EKSPERT RƏYİ
Yerli icra hakimiyyətləri arxivə qovuşacaq - EKSPERT RƏYİ
04:31 25.07.2025
Aktual
567
Ən məqsədəuyğun variant rayonların birləşdirilərək 14 iqtisadi rayon üzrə idarə olunmasıdır
Bu model artıq Xankəndi və Laçında tətbiq olunub və effektiv nəticələr verib
Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir. İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq. Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək. İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.
Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a bildirib ki, yerli icra hakimiyyəti orqanlarında struktur dəyişiklikləri artıq zərurətə çevrilib və bu istiqamətdə atılan addımlar gözlənilən idi. Onun sözlərinə görə, yerli icra hakimiyyətləri Prezidentin təyinatı ilə formalaşsa da, son illər faktiki səlahiyyətlərini əhəmiyyətli dərəcədə itiriblər:
“Hüquq-mühafizə orqanları istisna olmaqla, demək olar ki, bütün nazirlik və komitələr artıq regional idarəetmə sisteminə keçiblər. Lakin bu keçid vahid şəkildə deyil, pərakəndə formada həyata keçirildiyi üçün koordinasiya problemi yaranır. Nəticədə isə əziyyəti yenə də vətəndaş çəkir. Vətəndaş bir məsələni həll etmək üçün hansı quruma, hansı struktur bölməyə müraciət edəcəyini dəqiq bilmir. Nazirliklərin regional idarəetmə strukturlarının mövcudluğu şəraitində rayon icra hakimiyyəti başçılarının səlahiyyətləri demək olar ki, formallığa çevrilib. İcra başçıları proseslərə müdaxilə edə bilmir, çox zaman sadəcə vasitəçi rolunu oynayırlar. Bu baxımdan bəzi idarələrin ləğvi və ya birləşdirilməsi başadüşüləndir və təəccüblə qarşılanmamalıdır. Bu struktur islahatları kontekstində regional idarəetməyə keçid artıq qaçılmazdır. Ən məqsədəuyğun variant rayonların birləşdirilərək 14 iqtisadi rayon üzrə idarə olunmasıdır. Bu model artıq Xankəndi və Laçında tətbiq olunub və effektiv nəticələr verib. Prezidentin xüsusi nümayəndəlikləri bu bölgələrdə vətəndaşlarla əlaqədə, resursların idarə olunmasında və operativ qərarların qəbulunda müsbət təcrübə yaradıb. Düşünürəm ki, belə nümayəndəliklərin digər iqtisadi rayonlarda da yaradılması zəruridir. Daha irəli mərhələdə isə rayon icra hakimiyyətlərinin ləğvi və rayonların birbaşa bələdiyyələrin idarəetməsinə verilməsi məqsədəuyğun olar. Bu, büdcə xərclərinin optimallaşdırılmasına töhfə verə bilər. Ümumilikdə isə əsas məqsəd yerlərdə idarəetmənin sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və inzibati baryerlərin aradan qaldırılmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə