
Azərbaycanlı alim Nyu-Yorkdan Xankəndiyə işləməyə gəldi
10:20 04.11.2025
Sağlamlıq
408
Samir Babayevin addımı həm peşəkar, həm də mənəvi baxımdan çox önəmlidir
Bu cür nümunələr digər xaricdə yaşayan azərbaycanlı mütəxəssislər üçün də motivasiya mənbəyidir
Azərbaycanlı alim Samir Babayev Nyu-Yorkdan qayıdaraq Xankəndidə fəaliyyət göstərməyə başlayıb. Samir Babayev Qarabağ Universitetinin Klinikasının baş direktoru, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanıdır. Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində,
2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib. O, 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb. Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.
Qeyd edək ki, Qarabağa qayıdaraq Xankəndidə fəaliyyətə başlaması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Uzun illər xaricdə, xüsusilə ABŞ-nin aparıcı tibb mərkəzlərində qazandığı bilik və təcrübəni vətənə gətirən Samir Babayevin qayıdışı, Qarabağın inkişafı və bərpası prosesində intellektual potensialın rolu baxımından mühüm hadisə hesab olunur. Bildirilib ki, onun Qarabağ Universitetində rəhbər vəzifələrdə çalışmağa başlaması bölgədə tibbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir səhiyyə xidmətlərinin formalaşdırılması və yerli kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımdır. Şübhəsiz ki, bu hadisə Qarabağın yalnız iqtisadi və sosial deyil, həm də elmi və akademik dirçəlişinin başlanğıcını simvolizə edir.
Həkim-terapevt Şəmsiyyə Namazova “Şərq”ə açıqlamasında deyib ki, Nyu-Yorkdan qayıdaraq Xankəndidə fəaliyyətə başlayan azərbaycanlı alim Samir Babayevin addımı həm peşəkar, həm də mənəvi baxımdan çox önəmlidir:

“Xaricdə yüksək təhsil almış və uzun illər nüfuzlu tibb mərkəzlərində çalışan həkimlərin Qarabağa qayıdaraq burada fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin gələcəyi üçün böyük töhfədir. Samir Babayevin Qarabağ Universitetinin Klinikasına rəhbərlik etməsi, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı təyin olunması, bölgədə tibbi təhsilin beynəlxalq standartlara uyğun qurulmasına ciddi zəmin yaradacaq. Bu, həm yerli kadrların yetişməsinə, həm də regionun səhiyyə infrastrukturunun inkişafına güclü stimul verəcək”.
Onun sözlərinə görə, bu cür nümunələr digər xaricdə yaşayan azərbaycanlı mütəxəssislər üçün də motivasiya mənbəyidir:
“Samir Babayevin addımı bir mesajdır. Dünya səviyyəsində bilik və təcrübə qazanmaq vacibdir, amma bu bilikləri vətənə gətirib paylaşmaq daha qiymətlidir. Bu, Qarabağın bərpası prosesində intellektual kapitalın gücünü göstərir. Həmçinin dövlətin də belə qayıdışları dəstəkləməsi və yüksək ixtisaslı kadrlar üçün elmi-tibbi mühitin formalaşdırılması mühüm əhəmiyyət daşıyır”.
Şəymən Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya