50 min manatadək idman mükafatları vergidən azad edilir
11:14 27.12.2022
Aktual
391
2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir. Ötən dövr ərzində beynəlxalq, ölkələrarası, habelə ölkədaxili idman yarışları ilə bağlı pul şəklində verilən mükafatların dəyərinin kifayət qədər artdığını və qeyd edilən güzəşt məbləğlərinin uzun müddətdən bəri dəyişmədiyini nəzərə alsaq, hazırkı dövrdə bu məbləğlərin artırılmasına zərurət yaranıb.
Qeyd etmək lazımdır ki, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini idmanın inkişafı və gənclərin zərərli vərdişlərdən uzaq olmaqla sağlam ruhda müxtəlif istiqamətlərdə Vətənə xidmət etməsi təşkil edir. Bütün bunlara əsasən, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə növbəti ildən etibarən idman yarışları ilə bağlı müvafiq güzəştlərin verilməsini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya