Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik

“İran və ABŞ arasında danışıqlar prosesi davam edir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz öz təkliflərimizi “yeddi günlük plan” adı altında təqdim etmişik, Amerika tərəfinin bunlara cavabını almışıq. Hazırda bunları nəzərdən keçiririk. Yaxın bir neçə gün ərzində cavabımızı təqdim edəcəyik”, - nazir bildirib.

Abbas Əraqçi qeyd edib ki, danışıqlar prosesi hələ də davam edir, mesajlar vasitəçilər vasitəsilə qarşılıqlı şəkildə ötürülür.