Məlum olduğu kimi, bu günlərdə ABŞ prezidenti Co Bayden qondarma erməni soyqımını tanıdı. O, sözügedən ifadəni işlətməklə həm tarixi təhrif etdi, həm də diplomatik münasibətlərə zərbə vurdu.
Bundan sonra ABŞ-la Azərbaycan və Türkiyə arasındakı münasibətlərin necə inkişaf edəcəyi isə çoxlarını düşündürür.
Amerikalı siyasi analitik Pol Qoble mübahisəli məsələ barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Tərəflər arasında bəzi problemlər olacaq. Amma tədricən münasibətlər yenidən qaydasına düşəcək. Üstəlik, həm ABŞ-dakı, həm də Türkiyədəki bəzi rəsmi şəxslər siyasi böhranda erməni diasporunun rolunun olduğunu başa düşəcək və bunu dilə gətirəcəklər”.