Aksiya davam edir, ancaq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır 


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik və 13 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.