Aksiya iştirakçısı: Sülhməramlılar öz məsuliyyət zonalarında qanunsuz fəaliyyətin qarşısını almalıdırlar
17:03 18.12.2022
Aktual
458
Vətəndaş cəmiyyəti belə bir çox mühüm aksiya həyata keçirir. Çünki burada olan hər kəs Azərbaycanın təbii sərvətlərinin qanunsuz talanmasına etiraz edir. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında ermənilər tərəfindən qanunsuz istismar həyata keçirilir. Oradan əldə olunan gəlirlər isə ayrı-ayrı şəxslərin hesabına köçürülür. Bununla yanaşı, ətraf mühitə çox ciddi ziyan dəyib. Bizim burada olmağımızın səbəbləri də ərizilərimizdə həyata keçirilən qanunsuz istismarın qarşısını almağa yönəlib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev söyləyib.
Ə.Nuriyev qeyd edib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin monitorinq qrupu faydalı qazıntı yataqlarımıza buraxılmadığı üçün bu aksiyada iştirak edərək etirazımızı bildiririk. Müvafiq dövlət qurumlarımızın monitorinqinə şərait yaradılmırsa, deməli, təbii resurslarımızın qanunsuz talanması baş verir və bu, mafioz qruplar tərəfindən həyata keçirilir. Ərazilərimizdə olan təbii sərvətlər Konstitusiyamıza görə xalqındır.
"Biz aksiya vasitəsilə təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasına çağırışlar edirik. Çünki hər şey qanuna əsasən tənzimlənməlidir. Həmin ərazilər də sülhməramlıların məsuliyyət zonasına daxil olduğu üçün onlar torpaqlarımızda qanunsuz fəaliyyətin qarşısını almalıdırlar",- deyə o vurğulayıb.
Aksiya iştirakçısı bildirib ki, Azərbaycan dövləti, onun strukturları ərazilərimizdə istənilən monitorinqi həyata keçirmək hüququna malikdir.
Ə. Nuriyev deyib ki, son 30 il ərzində ermənilər torpaqlarımızdakı yataqları qanunsuz istismar ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm