Aksiyalar revanşistlərin Paşinyana qarşı təxribatıdır - RƏY
10:21 26.04.2024
Aktual
485
"Bütün bunlara baxmayaq sonunda bizim dediyimiz baş tutacaq və Azərbaycanın torpaqları geri qaytarılacaq"
Dünən Azərbaycanın işğal altındakı Kərki kəndidə məskunlaşmış ermənilər Ermənistan-İran dövlətlərarası yolunu bağlayıblar.
Bu barədə Ermənistaın bəzi KİV-ləri məlumat yayıb.
Bildirilib ki, parlamengtin deputatları Artur Sarkisyan və Aqvan Vardanyan da vətəndaşların yanında onlara dəstək verirlər.
Yolu bağlayan ermənilər Tavuş bölgəsində aparılan delimitasiyaya etiraz ediblər.
Qeyd edək ki, Naxçıvan MR Sədər rayonunun Kərki kəndi hazırda işğal altında olan 4 esklav kənddən biridir. Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib.
Bu gün isə Gürcüstana gedən dövlətlərarası yolun Kirants hissəsi bağlı olaraq qalır.
Bunu erməni mətbuatına açıqlamasında aksiyada iştirak edənlərdən biri deyib.
“Eyni zamanda tavuşlular Kirants körpüsünü də bağlayıblar, çünki yayılan şayiələrə görə, bu gün bu ərazidə minalardan təmizləmə işləri aparılacaq”, - aksiya iştirakçısı bildirib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Azər Həsrət söyləyib ki, bu aksiyaları kənd əhalisinin özü təşkil etmir:
“Həmin insanların arxasındakı revanşist qüvvələr vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Yəni, əhalini qorxudurlar ki, Azərbaycanın həmin ərazilərdə nəzarəti bərpa etdikdən sonra onlara təhlükə olacaq. Ona görə də təkcə Ermənistanın adı çəkilən bölgələrində deyil, eyni zamanda İrəvanda da etiraz aksiyaları keçirilir. Halbuki Ermənistan dövləti Azərbaycanla qarşılıqlı şəkildə qanunsuz əməl törətmir. Sadəcə olaraq Azərbaycanın torpaqları müvafiq nəticələrə uyğun olaraq bizə qaytarılır”.
Ekspert bildirib ki, həmin torpaqlar onsuz da Azərbaycana xoşluqa olmasa da, zorla qaytarılmalı idi:
“Ermənistan hakimiyyəti də məsələni başa düşdüyünə görə həmin torpaqların Azərbaycana qaytarılmasını əhaliyə başa salır. Amma göründüyü kimi insanlar yolları bağlayır və radikal çıxışlar edirlər. Azərbaycan isə həmin bölgəyə bomba atsa, hamısı pərən-pərən düşüb, peşman olacaqlar. Bu aksiyalar revanşistlərin Paşinyan hakimiyyətinə qarşı təxribatından başqa bir şey deyil. Bütün bunlara baxmayaq sonunda bizim dediyimiz baş tutacaq və Azərbaycanın torpaqları geri qaytarılacaq. Bundan sonra delimitasiya və demarkasiya prosesini sürətləndirəcəyik. Eyni zamanda, iki ölkə arasında sülh sazişi imzalanacaq. Bunlar olduqdan sonra isə ermənilər indiyə qədər yanlış hərəkətlər etdiklərinin fərqinə varacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya