
"AMEA-nı tam ləğv etmək yox, onu başqa prinsiplər əsasında qurmaq lazımdı"
Yusif Nəzərli
12:50 28.07.2022
Aktual
663
Azərbaycan Milli Elmlər Akedemiyası (AMEA) son günlər yenidən müzakirə predmetinə çevrilib. Xüsusilə AzTv-nin qurum haqqında hazırladığı reportajdan sonra cəmiyyətdə AMEA-nın ləğvini tələb edənlərin sayı artıb. Əksər insanın fikrinə görə, sözügedən qurumun fəaliyyəti sıfıra bərabərdir. Bir qisim insanın fikirincə isə bu təşkilat Təhsil Nazirliyinə birləşdirilməlidir.

Təhsil üzrə ekspert Rafiq İsmayilov qocaman elm ocağının taleyi ilə bağlı öz düşüncələrini “Sherg.az”a danışıb. O, hesab edir ki, AMEA-nı tam ləğv etmək lazım deyil:
“Ümumiyyətlə, AMEA Sovet dövrünün sevilən prinsiplərinə uyğun yaranmış bir qurumdur və hələ də o dövrdə qalıb. Təəssüf ki, orada bəzi institutlar effektli işləmir. Vaxtilə mən də orada işləmişəm, iş prinsipini bilirəm. Bu qurumun əsas işi elmi araşdırmalar aparmaq, iqtisadiyyata yardım etməkdir. Ancaq Akademiyanın bir çox institutları real iqtisadiyyatdan uzaq işlərlə məşğuldur. Düşünürəm ki, AMEA-nı tam ləğv etmək yox, onu başqa prinsiplər əsasında qurmaq lazımdır. Yəni, o, təhsilə yardım edən, effektiv, cəmiyyət üçün lazım olan işlərlə məşğul olan quruma çevrilməlidir. Güman edirəm ki, birdən-birə ləğvdən söhbət gedə bilməz. Heç kim də bunu etməz. Yəqin ki, bəzi institutların universitet nəzdinə keçməsi kimi transformasiyalar baş verə bilər. Ancaq indiki şəraitdə qurumun o cür işləməsi qaneedici deyil”.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi haqqında təklifə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var:
“Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir”
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə