AMEA-ya Arif Həşimov rəhbərlik edəcək? – RƏSMİ CAVAB (Ekskluziv)

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Vesti.az-ın məlumatına görə, ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək. AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva planlaşdırılan yığıncaqdan bəhs edib:

“İclasın keçirilməsi planlaşdırılır. Amma hələ dəqiq deyil. Çünki qərar qəbul olunmayıb. Hazırda iclasda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Yığıncağın keçirilməsi bu saydan asılı olacaq. Daha sonra biz qəti qərarı biləcik ki, keçirilsin, ya yox”.

Cəmilə ƏZİM