Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda faciəvi hadisə baş verib. Su gölməçəsinə düşən oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı Yunus Əmrə Mutlu həyatını itirib.

Sherg.az xəbər verir ki, dostları ilə oynayan uşağın oyuncaq avtomobili tikinti sahəsində yaranmış su gölməçəsinə düşüb. Oyuncağını götürmək istəyən zaman tarazlığını itirən uşaq suya düşərək gözdən itib.

Hadisəni görən sakinlər təcili tibbi yardım çağırıblar. Sudan çıxarılan uşağa ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İbtidai sinifin ikinci sinfində oxuyan uşağın ölümü ailəsini və yaxınlarını sarsıdıb. Hadisə ilə bağlı araşdırma başlanıb.