Amerikanın ədalətsiz mövqeyini qınayırıq - Akif Aşırlı 

"Türkiyənin böyüyüb Turan olmasından qorxurlar, cəkinirlər".

"Sherg.az" xəbər verir ki, bunu sosial şəbəkədə "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı yazıb. 

Baş redaktor bildirib ki, son zamanlar Türk Şurasının beynəlxalq səviyyəli təşkilata cevrilməsi, Türkiyənin Vətən savaşında sonadək Azərbaycanın yanında olması,  siyasi qətiyyəti, duruşu , Orta Asiyanın milli dirçəlişi Amerikanı yanlışlığa sürüklədi: 

"Erməni "soyqrımı" boş lafdır, mənasızdır, əsassızdır. Tarix də bunu sübut edib və edəcək. Amerikanın ədalətsiz mövqeyini qınayırıq. Əsassız erməni "soyqrımında" türkləri  qınamaq, suçlu hesab eləmək ən böyük yanlışlıqdır,  tarixi bağışlanılmaz səhvdir".