Analitik: Ermənistanın sülh çağırışları səmimi qəbul olunmayacaq
Yusif Nəzərli
07:34 14.05.2025
Aktual
454
Sülh müqaviləsinin harada və nə vaxt imzalanmasını əsas məsələ kimi qabartmaq ictimai rəyi çaşdırmaq məqsədi daşıyır
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətni üzrə tam razılıq əldə olunduqdan sonra prosesdə müəyyən qədər durğunluq müşahidə edilir. Son olaraq İrəvan rəsmiləri yekun razılaşma üzrə sazişi imzalamağı təklif etsələr də, rəsmi Bakı ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi məsələlər həll edilmədən bunun mümkün olmadığını vurğuladı. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sənədin imzalanması üçün bu iki tələbin yerinə yetirilməli olduğunu bir daha qeyd etdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə yaxın vaxtlarda müsbət irəliləyişlərin ola biləcəyini istisna etməyib. Lakin son günlərdə daha çox müzakirə olunan məsələlər Ermənistanın intensiv silahlanması, müdafiə nazirinin Almaniyaya səfəri, şərti sərhədlərdə erməni bölmələrində aktivliyin müşahidə olunmasıdır. Qeyd edək ki, Hindistan iyulda Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək. Bildirilib ki, Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.
Politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanın əsas məqsədi diqqəti yayındırmaq, müxtəlif manipulyasiyalar etmək üçün bazisi formalaşdırmaqdır. Yəni gələcək nəsillərin hazırki vəziyyəti dəyişmək istiqamətində fəaliyyətinə rəvac verməkdir. Ekspert vurğulayıb ki, Azərbaycan buna imkan vermək niyyətində deyil:
"Azərbaycan çalışır ki, bütün revanş elementləri və digər problemlər vahid prosesin daxilində həll edilsin. Düzdür, tərəflər arasında sülh sazişində yer alan bütün müddəalar razılaşdırılıb. Amma legitim tələblərimiz hələ də icra olunmayıb. Bütün tələblərimiz beynəlxalq hüquqa əsaslanır, ədalətə söykənir. Mühüm tələblərimiz - Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Məsələ ondadır ki, Minsk qrupunu iki dövlətin razılaşması ilə, yəni bir sənədlə ləğv etmək mümkün deyil. ATƏT konsensus əsasında fəaliyyət göstərir. Ona görə də Minsk qrupu ilə bağlı Bakı və İrəvanın ATƏT-in katibliyinə müraciətindən sonra orada təmsil olunan bütün dövlətlər bu məsələyə yekdilliklə səs verməlidir. Yeni reallıqlarda Minsk qrupu kimi əhəmiyyətsiz qurumlara ehtiyac qalmayıb. Əfsuslar ki, İrəvan hökuməti Minsk qrupunun ləğvi ilə bağlı bəyanatlar səviyyəsindən o yana keçmir. Ermənistan tərəfindən praktiki addımlar atılmır".
Analitik qeyd edib ki, Ermənistan Konstitusiyasında Müstəqillik Aktında bəyannaməyə istinad var:
"Həmin bəyannamədə isə qondarma "Miatsum" hərəkatına istinad edilir. Yəni Qarabağın "Ermənistana birləşdirilməsi" nəzərdə tutulur. Bu, Azərbaycana qarşı ərazi iddiasının hüquqi zəmində saxlanması anlamını verir. Ona görə də mütləq dəyişdirilməlidir. Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bəli, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci ildə müstəqilliyimizi bərpa etmişik. Ancaq Ermənistan da daxil olmaqla heç bir dövlətə ərazi iddiamız yoxdur. Bütün məsələləri sülh yolu ilə, dinc qaydada həll etməyin tərəfdarıyıq. Ermənistanda isə vəziyyət tamam fərqlidir. Ermənistanda Konstitusiya ilə yanaşı, digər hüquqi normativ aktların dəyişdirilməsinə də ehtiyac var. Hələ də qondarma qurumun nümayəndəliyi Ermənistanda fəaliyyət göstərir, aktivlik nümayiş etdirirlər. Hələ də Ermənistan parlamenti ilə qondarma qurumun "parlamenti" arasında "dostluq qrupu" fəaliyyətdədir. O da buraxılmalıdır. Qarabağdan könüllü olaraq köçən "ermənilərin hüquqlarının müdafiəsi" adlı bir institut formalaşdırılıb. Rəhbəri keçmiş XİN başçısı Vardan Oskanyandır. Bu məsələlər aradan qaldırılmadan Ermənistanın sülh çağırışları səmimi qəbul olunmayacaq. Danışıqlarda imitasiya etmək, sülh müqaviləsinin harada və nə vaxt imzalanmasını əsas məsələ kimi qabartmaq ictimai rəyi çaşdırmaq məqsədi daşıyır".
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm