Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildrilib ki, görüş zamanı əsas müzakirə mövzuları regional və beynəlxalq gündəlik, həmçinin Roma ilə Bakı arasında siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrdə gücləndirilməsi olub.
Tərəflər, həmçinin İtaliyanın Baş naziri Corcia Meloninin planlaşdırılan səfərinə hazırlıq çərçivəsində geniş fikir mübadiləsi aparıblar.
Bu müzakirələr yanvar ayında imzalanmış Fəaliyyət Planı çərçivəsində həyata keçirilib.