Analitik: Ukraynanın əsas mövqeyi Donbas və Luqansk olmalıydı
12:40 27.11.2024
Aktual
487
Ukrayna qüvvələri cəbhənin iki kritik sektorunda - Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altındadır. Bu barədə "Forbes"in analitiki Devid Aks bildirib. O qeyd edib ki, ukraynalılar təzyiq altında olsa da, Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Kupyansk bölgəsində uğur qazana bilər. O xatırladıb ki, ötən gün Ukrayna hərbçiləri rus qoşunlarını Kupyanskdan geri çəkilməyə məcbur edib. Eyni zamanda söyləyib ki, 25-ci motoatıcı briqadadan olan Rusiyanın hücum qrupları iki həftə əvvəl şəhərə daxil olub. Rus qoşunları da qayıqlarla Oskol çayını adlayaraq, Kupyanskın müdafiəçilərindən yan keçməyə çalışıblar. Lakin ukraynalılar bu manevri dəf ediblər. Aks vurğulayıb ki,
Hücum həmişə daha çox resurs tələb edir və rusların bölgədə personal və material baxımından üstünlükləri Kupyanskdakı qazanclarını saxlamaq üçün kifayət deyildi.
Politoloq Turan Rzayev “Sherg.az”a vurğulayıb ki, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazana bilməyəcəyi bəlli idi:
“Hazırda iki ölkə arasında gedən savaşda ən aktiv döyüşlər Donbas və Luqansk bölgəsində gedir. Burada Ukrayna tərəfi daha çox ərazini işğaldan azad etməyə çalışsa da, Rusiya əks-hücumlar sayəsində yeri ərazilər işğal etməyi bacarır. Ümumiyyətlə Ukraynanın müharibədə atdığı ən ağılsız addım Kurska hücum idi. Ukrayna işğal olunan əraziləri geri qaytarmaq əvəzinə Rusiya ərazilərinə keçməyə çalışdı. Əgər bu günə qədər Rusiya işğalçı dövlət sayılırdısa, artıq Ukraynada işğalçı dövlətdir. Belə bir situasiya çərçivəsində Ukrayna tərəfinin haqlı durumda haqsız vəziyyətə düşdüyünü deyə bilərik. Ukraynanın əsas mövqeyi Donbas və Luqansk olmalıydı. Ukraynanın digər strateji səhvi isə ballistik və 300 km məsafəni vura biləcək raketlərdən istifadə etməsiydi. Çünki Ukraynanın Qərbdən ala biləcəyi ikinci ən böyük icazə idi. Amma Ukrayna yenə effektiv nəticə qazana bilmədi. Sadəcə olaraq bununla Rusiyanın nüvə silahından istifadəsini leqallaşdırdı. Rusiya taktiki nüvə silahından istifadə edə bilər ki, bu da Ukraynaya ciddi zərbədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm