Arpadarainin dairəsində altı məntəqənin nəticəsi ləğv edildi
16:45 18.02.2020
Aktual
407
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb. Oxu.Az xəbər verir ki, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. R.İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirmədiyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib:
“Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.
R.İbrahimov qeyd edib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvini tələb edib:
“Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan sadəcə doqquz ədədi orijinal protokollarla eynilik təşkil edir”.
Bildirilib ki, həmin dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Qərara alınıb ki, bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın. Qeyd edək ki, həmin dairənin lider namizədi Nigar Arpadaraidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət