Arutunyan Azərbaycanla əlaqələrin qurulmasına zərbə vurur, Paşinyan onu sıradan çıxarcaq
Turan
12:18 18.04.2021
Aktual
778
"Separatçıların lideri Arayik Arutunyana cinayət işi açılması baş nazir Nikol Paşinyanın Arutunyana qarşı siyasi təqibidir".
Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Paşinyana qarşı çevriliş cəhdində Arayik Arutunyanın da iştirakı olub:
"Məqsəd hazırda Azərbaycanla əlaqələrin qurulmasında əsas maneə olan Arutunyanı sıradan çıxartmaqdır. Artıq Ermənistan prezidenti Armen Sarkisyan da Azərbaycanla iqtisadi əlaqələrin mümkünlüyünü qeyd edib. Bu, sıradan açıqlama deyil. Son günlər yüksək səviyyədə Azərbaycanla normallaşdırma prosesinə getmək üçün bəyanatlar verilir. Ona görə də ilk növbədə revanşistlər zərərləşdirilməlidir".
Ekspert vurğulayıb ki, Arutunyan Azərbaycanla əlaqələrə zərbə vuran və separatizmi tətikləyən əsas fiqurdur:
"Arutunyan birbaşa Paşinyana qarşı Rusiyanın əlində əsas alternativdir. Müəyyən böhranlı şəraitdə Arayik öz qanunsuz silahlı dəstələri ilə Laçın dəhlizindən keçib, Ermənistanda Rusiyanın yardımı ilə Paşinyanı devirə bilər. Ona görə də Arayik Arutunyan həm Paşinyan üçün bir təhlükə mənbəyi olaraq qalır, həm də Azərbaycanla Emənistan arasında əsas problem yaradan şəxsdir. Onun siyasi səhnədən uzaqlaşdırılması vacibdir. Rusiya çalışacaq ki, Arayik Arutunyan Robert Koçaryanın taleyini yaşamasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm