Avropadakı Azərbaycan səfirləri dərhal geri çağrılmalıdır - Partiya sədri
10:00 22.03.2022
Aktual
648
"Avropa Parlamenti Azərbaycan hökumətini "Dağlıq Qarabağ"da erməni mədəni irsini məhv etməkdə, inkar etməkdə ittiham edən qətnamə qəbul edib".
"Sherg.az" xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya rəhbəri bildirib ki, bu məkrli, ermənipərəst və ədalətsiz qətnamənin lehinə 635, əleyhinə 2 nəfər səs verib, 42 nəfər isə bitərəf qalıb:
"İllərlə yön götürdüyümüz Qərbin, Avropanın, Avropa İttifaqının növbəti ikiüzlü, riyakar və qərəzli mövqeyi ilə üzləşməli oluruq. Elə bir zamanda ki, həm ədalət Azərbaycanın tərəfindədir, həm də Rusiyanın qaz asılılığında çabalayan Avropanın Ermənistana yox, məhz Azərbaycana, onun enerji resurslarına və enerji xətlərinə ehtiyacı var.
Avropanı anladıq. Bəs bizim Avropa ölkələrindəki səfirlərimiz, səfirlik əməkdaşları nə işlə məşğuldurlar. Təsəvvür edirsiniz, Azərbaycan əleyhinə qətnamənin lehinə 635, əleyhinə isə cəmi 2 nəfər səs verir. Fikrimcə, Avropadakı Azərbaycan səfirlərini dərhal geri çağrılmalı, səfirliklərdə ciddi yoxlamalar aparılmalıdır. Azərbaycan Milli Məclisinin ayrı-ayrı ölkələrlə parlamentlərarası dostluq qrupları və onların rəhbərləri var. Xarici ölkələr və onların müvafiq qurumları ilə işləyən təşkilatların və rəhbərlərinin gördüyü işlərin səmərəsi nədir?".
Partiya rəhbəri bildirib ki, Qərbin, Avropanın müəyyən dairələrinin Azərbaycanda kosmopolit düşüncəli qulbeçələri, əlaltıları və şəbəkəsi var:
"O şəbəkə üzvlərinin bu məsələdə səsləri çıxmadı. Artıq hadisə baş verib. Gələcəkdə nə etməliyik, onu düşünməliyik. Biz, Avropa Parlamentinin bu ədalətsiz qərarına etiraz etməklə yanaşı, həm də Avropanın müəyyən strukturları ilə işləməyi də nəhayət öyrənməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm