Avropadakı azərbaycanlıdan örnək: Laçını belə gözəlləşdirəcək - FOTOLAR

"Paylaşdığım bu şəkillər LAÇINDA tikiləcək "Kamper Park Həkəri" turizm mərkəzinin layihəsidir. Qeyd edim ki, turizm kompleksini tikəcək "Severa Group" şirkəti xaricdə yaşayan bir laçınlı iş adamına məxsusdur". 

Sherg.az xəbər verir ki, bu sözləri jurnalist Ramil Cəbrayıl özünün feysbuk səhifəsində qeyd edib. Onun sözlərinə görə, şirkətin sahibi hər hansı bir oliqarx filan deyil. Öz zəhməti ilə halal pul qazanan iş adamının işğaldan azad edilmiş torpaqlarda belə bir turizm mərkəzinin tikməsi çox müsbət haldır:

"Azərbaycanın pullarını qeyri - qanuni xaricə aparanlardan fərqli olaraq, həmyerlimizin Avropada qazandığı pulunu ölkəmizə yatırması xalqımıza xidmətdi. Bizə düşən xeyirli- uğurlu olsun deməkdir."

Turan