Hələlik ABŞ Prezidenti Donald Trampın Moskvaya səfərindən söhbət getmir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda bütün diqqətlər noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinə ev sahibliyi edəcək Şencendəki əməkdaşlıq perspektivlərinə yönəlib”, - Peskov bildirib.