ABŞ-nin “LUCAS” pilotsuz uçuş aparatı İran Ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən Bəndər-Abbas şəhəri üstündə vurularaq məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanatında bildirib.
"Ölkənin vahid milli hava hücumundan müdafiə şəbəkəsinə daxil olan ordu sistemləri tərəfindən Bəndər-Abbas səmasında ABŞ-nin bir ədəd "LUCAS" pilotsuz aparatı vurularaq məhv edilib", — deyə bəyanatda qeyd olunub.