Aygün Attar: “UNESCO ermənilərin Qarabağdakı vəhşiliklərinə göz yumub”
Yusif Nəzərli
10:54 08.12.2022
Aktual
457
“UNESCO ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vəhşiliklərə göz yumub”.
“Report” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
"Azərbaycanın işğal olunmuş ərazilərində 30 il ərzində cinayətlər törədən Ermənistana qarşı UNESCO hansı tədbirlər görüb? Biz özümüzə bu sualı verməliyik", - o bildirib.
A.Attar Ermənistanın Qarabağda mədəni irsi məhv etdiyini, bir milyona yaxın insanın ev-eşiyini itirərək məcburi köçkünə çevrildiyini vurğulayıb.
Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri bir vaxtlar regionun ticarət mərkəzi olan Ağdamın Ermənistanın törətdiyi vəhşiliklər nəticəsdində xarabalığa çevrildiyini nəzərə çatdırıb: "İndi bu ərazi Xirosimaya bənzəyir. UNESCO buna nə vaxta qədər susacaq?"
Onun sözlərinə görə, müharibə bitib, Azərbaycan qalib gəlib: "İndi Prezident İlham Əliyevin inamlı siyasəti sayəsində Azərbaycan öz ərazilərini özü bərpa etməklə yanaşı bir çox ölkələr üçün yeni iqtisadi imkanlar açır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya